Zakir Həsənov Sloveniyada

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Sloveniya Respublikasının prezidenti, parlamentin sədri, müdafiə naziri və bir sıra digər şəxslərlə görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər martın 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə