Qalin geyinin HAVA PROQNOZU

Martın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, şimal qərb küləyi əsəcək, gündüz arabir güclənəcək..

Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə