İldən ilə avtomobili idarə edərkən mobil telefonla danışan və ya sms yazan sürücülərin sayı artır. Müşahidələr göstərir ki, ildən ilə avtomobili idarə edərkən mobil telefonla danışan və ya sms yazan sürücülərin sayı artır.Belə sürücülər qəza törədəndə ödəniş almaqla bağlı problem yaşayırlar. Şirkətlər bu səbəbdən baş verən qəzalara görə ödəniş etmək istəmirlər və ya növbəti dəfə şirkətə müraciət edəndə ondan imtina edirlər.Bəs qanunvericilik nə deyir?
Bəzi sürücülər avtomobil idarə edərkən mobil telefonla danışmağı adiləşdiriblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə ötən il baş verən qəzaların 12 faizi bu səbəbdən baş verib ki belə hadisələrdə 6 nəfər də dünyasını dəyişib.
Pis vərdişin fəsadları bununla da bitmir. Sükan arxasında telefondan istifadə sığorta ödənişlərində də sürücülərin əleyhinə işləyir. Xüsusilə kasko sığortasında sükan arxasında telefondan istifadə edən sürücülər xüsusi riskli qruplara aid edilir.
Hətta şirkətlər belə sürücülərlə müqavilə yeniləməkdən imtina edirlər.
Ekspertlər hesab edir ki icbari sığortada isə bu əsas gətirilərək ödənişin imtina edilməsi qanunla yolverilməzdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB