Qaz Emalı Zavodunda da 20 yanvar şəhidlərinin xatirəsi anılıb

Qaz Emalı Zavodunda da 20 yanvar şəhidlərinin xatirəsi anılıb

20 yanvar faciəsi ilə bağlı olaraq Qaz Emalı Zavodunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə şəhidlərin xatirə guşəsinin önünə əklillər, tər güllər qoyulub, onların ruhlarına dualar oxunub. Tədbir iştirakçıları yekdilliklə bildiriblər ki, Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş vətənimizin iğid oğullarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Tədbirdə həmçinin Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərdən və gənclərin bu işdə xüsusi fəallıq göstərməsindən də danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə