AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunda 20 Yanvar ümumxalq hüzn günü ilə bağlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan İnstitutunun direktor müavini texnika elmləri doktoru Hikmət İbrahimov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında geniş fikirlərini bildirib.
Hikmət İbrahimov öz çıxışında həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən üstün tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə zirvəsinə ucaldıqlarını xüsusi qeyd edib. Daha sonra institutun gənc əməkdaşları Suleymanova Sevda,Mahmudova Elnarə faciə ilə bağlı öz fikirlərini və tarixi məlumatları auditoriyaya çatdırıb. Sonda 20 Yanvar faciəsi ilə bağlı tarixi kadrlar nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB