Qırğızıstan prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib FOTO
Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə gələn türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, TDƏŞ-in baş katibi Ramil Həsənov, müavini Adaxan Madumarov, Qazaxıstan Ağsaqqallar Şurasının sədri Adil Axmetov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Jakiyev və Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç iştirak ediblər. Söhbət zamanı türk dünyası dövlətləri arasında mədəni-humanitar sahədə əməkdaşlığın müxtəlif aspektləri, TDƏŞ-in üzvü olan ölkələrin mədəni irsinin qorunması və inkişafı sahəsində gələcək fəaliyyət planı müzakirə olunub.
Prezident Almazbek Atambayev türkdilli ölkələrin mədəni əlaqələrinin dərinləşməsi və genişlənməsinin vacib olduğunu qeyd edib.
Görüş iştirakçıları Ağsaqqallar Şurasının Bişkekdə keçirilən 8-ci yığıncağı haqqında Qırğızıstan prezidentinə ətraflı məlumat verib.
Prezident və görüş iştirakçıları İssık-Kulda baş tutan birinci Dünya Köçəri Oyunlarının türkdilli dövlətlər arasında mədəni dialoqun inkişafında böyük rol oynadığını vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB