AMEA-nın strukturunda dəyişiklik edilib

AMEA-nın strukturunda dəyişiklik edilib

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda dəyişiklik edilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi, Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsi yaradılıb.

AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.

AMEA-da Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil şöbəsi, İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə