Jirinovski:"Münaqişənin həlli Rusiyanın xeyrinədir"

Jirinovski:"Münaqişənin həlli Rusiyanın xeyrinədir"

Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli Rusiyanın xeyrinədir". SİA-nın xəbərinə görə, bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakı Slavyan Universitetinin tələbləri qarşısında çıxış edərkən deyib.

O bildirib ki, münaqişənin nizamlanması Azərbaycan və Ermənistan xalqlarına da fayda verəcək: "Münaqişənin artıq həll edilməli olduğu barədə anlayış mövcuddur, bunu isə dövlət başçıları səviyyəsində həll etmək lazımdır".

Rusiya-Azərbaycan münasibətlərinə gəlincə LDRP sədri iki ölkə aasında əlaqələrin yüksək səviyyədə olduğunu dilə gətirib: "Rusiya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün böyük potensial var".

Bütün xəbərlər Facebook səhifəmizdə