Temperatur 10 dərəcə düşəcək XƏBƏRDARLIQ

Temperatur 10 dərəcə düşəcək XƏBƏRDARLIQ

Axşam saatlarından sonra Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında Havanın temperaturu gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək və güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə