Şamaxı və Qobustanda qaz kəsiləcək

Şamaxı və Qobustanda qaz kəsiləcək

Şamaxı və Qobustan rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qaz nəqli şəbəkəsində quraşdırma işlərinin aparılması ilə əlaqədar 01.09.2014-cü il tarixdən 03.09.2014-cü il tarixədək Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə