Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman, xurmanın içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB