“Azərbaycan Dəmir Yolları”ndan sərnişinlərə şad xəbər!

“Azərbaycan Dəmir Yolları”ndan sərnişinlərə şad xəbər!

Ramazan bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq üçün tədbirlər görülür. SİA-nın xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, həm yay fəsli, həm də bayramla əlaqədar dəmir yolunda sərnişin sıxlığı artıb. Odur ki, rayonlara gedən qatarlara əlavə vaqonlar qoşulur. Ən çox sərnişin sıxlığı qərb və cənub istiqamətində hərəkət edən qatarlarda müşahidə olunur.

Eyni zamanda, rayona gedən sərnişinlərin geri qayıtma vaxtları nəzərə alınaraq, bölgələrdən Bakıya gələn qatarlara da əlavə vaqonlar qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə