Gəncənin Xan bağında 16-cı əsrdə inşa edilən Qala divarının yanında, Respublikada, eləcə də dünyada ilk dəfə olaraq qədim məhəllələrin adları yazılan abidə ucaldılacaq. SİA-nın məlumatına görə, abidənin layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tarixçiləri hazırlayıb. Abidədə 4 min illik tarixi olan Gəncənin qədim dövrdən başlayaraq indiyədək olan məhəllərinin adları yazılacaq. Bundan başqa AMEA-nın Gəncə bölməsində Azərbaycan, eləcə də digər əcnəbi dillərdə Gəncənin qədim məhəllələri haqqında kataloq hazırlanacaq. Bu katoloq istər Gəncənin qədim məhəllərini araşdıran tarixçilər, istərsə də şəhərə gələn qonaqlar üçün mühüm tarixi sənəd olacaq.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB