PR təlim kursları davam etdirilib FOTOLAR

PR təlim kursları davam etdirilib FOTOLAR

Ötən gündən etibarən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyində başlayan gənclər üçün bir həftəlik PR (Public Relations) təlim kursları bu gün də davam etdirilib. SİA-nın məlumatına görə, təlimin ikinci günündə gənclərə PR və Uğur, PR və Hədəf, PR və Təqvim, PR və Media, TV-də PR, İnternetdə PR, mövzuları haqqında geniş məlumat verilib.

Daha sonra iki komandaya ( "PR ART" və "Kreativ Gənclər" ) ayrılan gənclər onlara ünvanlanan praktik tapşırığı uğurla həyata keçiriblər. Təlimlər 23 may tarixinədək qədər davam edəcək.

Qeyd edək ki, təlimlər YAP GB-nın layihələr üzrə koordinatoru və bu layihənin rəhbəri Leyla Kərimova tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə