Bu gün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda şərqşünaslığın aktual problemləri ilə əlaqədar "Orientalistika" elmi-nəzəri seminarının növbəti toplantısı keçirilib. SİA-nın xəbərinə görə, seminarda Şərqşünaslıq İnstitutunun "Ərəb ölkələri tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Əsədov "Liviyada son dövr hadisələri" mövzusunda məruzə edib.
İ. Əsədov öz çıxışında Liviyada son hadisələrə aid Qərbin, xüsusilə Fransa və İngiltərənin bu ərəb ölkəsində baş verən hadisələrdə mənfi rolundan bəhs edib.
Eyni zamanda Liviyada nizamlı müxalifətin olmaması, dövlət institutlarının lazımi səviyyədə olmaması qeyd olunub. Bildirilib ki, hazırda Liviyada hadisələrlə əlaqədar ölkədəki müvəqqəti keçici hökumət mövcud çətinlikləri aradan qaldırmaq niyyətindədir.
Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb.
İ. Əsədov sonda seminarın dinləyicilərinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB