Texniki səhvlərə görə pasport və plan ölçülərinin verilməsində dövlət rüsumu tutulmayacaq
Milli Məclisin bugünkü iclasında "Dövlət rüsumu haqqında" qanun layihəsinə dəyişiklik edilib. SİA-nın xəbərinə görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev məlumat verib.
Dəyişikliyə əsasən daşınmaz əmlak üzərində hüquqların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reysterindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmayacaq.
Qeyd edək ki, müzakirələrin sonunda qanun layihəsi qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB