Yaqub Mahmudov: "Bundan sonra tarixi əsərlərə nəzarət komissiyası diqqət edəcək"
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ölkədə tarixi əsərlərə nəzarət komissiyasının yaradılması ilə bağlı müraciət hazırlayıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İnstitutun direktoru Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər kəs tarixdən yaza bilər: "Tarixi əsərlərin yazılması ilə bağlı heç kimə qadağa qoyula bilməz. Lakin bütün tarixi əsərlər Tarix İnstitutunun tərkibində fəaliyyət göstərən ekspertiza qrupunun nəzarətindən keçməlidir. Heç kim ağlına gələn şəkildə tarix yazmamalıdır. Belə olduğu təqdirdə tairiximizi dünyaya yalnış çatdırmış olarıq. Buna görə də yoxlanılmış Azərbaycan tarixini doğru-düzgün əks etdirən əsərlərə yaşıl işıq yandırmağa hazırıq".
İnstitutun məsələ ilə bağlı hazırladığı müraciətin yaxın zamanlarda ölkə rəhbərliyinə göndəriləcəyini deyən direktor əlavə edib ki, ölkə başısı İlham Əliyev Tarix İnstitutunun fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB