Prezident İlham Əliyev: "Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır"
Ordu quruculuğu işində böyük uğurlarımız vardır. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır. Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Azərbaycan Prezidenti deyib ki, bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir: "Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güclü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal siyasət aparacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB