Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları qışın gəlməsi ilə bağlı Ağcabədidə reydlərə başlayıb. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, rayon Qaz İstismar İdarəsi və Mənzil Kommunal İdarəsi işçiləri ilə birgə keçirilən reydə çox mərtəbəli binalarda qaz xətlərinin yoxlanılması və tüstü bacalarının təmizlənməsi nəzarətə götürülüb.
Mənzillərə baxış zamanı otaqlarda olan istilik vasitələrinin təhlükəsizliyi və mətbəxdə olan sobaların düzgün quraşdırılması yoxlanıb. Reyd zamanı məlum olub ki, yaşayış binalarında illərdir ki, tüstü bacaları təmizlənmir.
Mütəxəssislər isə hesab edir ki, tüstü bacaları ən azı ildə bir dəfə qış mövsümü yaxınlaşanda təmizlənməlidir. Əks halda, evə dolan dəm qazı partlayışa və zəhərlənmələrə yol aça bilər.
Fövqəladə Hallar Nazirliyindən verilən tapşırıq əsasında Mənzil Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən tüstü bacalarının təmizlənməsinə başlanılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB