Gəncə şəhər Baş Polis İdarəsi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində qadınları cinsi istismara təhrik edən şəxs saxlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 26 yaşlı Gəncə şəhər sakini İradə Quliyeva qazanc məqsədilə Gəncə sakini 18 yaşlı Nərgiz Musayevanı fahişəliyə cəlb edərkən iş başında yaxalanıb. Saxlanılan şəxs istintaqa cəlb olunaraq, əməlini etiraf edib. Hazırda polis İradə Quliyevanın əvvəllər də bu kimi işlərlə məşğul olub-olmamasını araşdırır. Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB