Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın rəhbərliyi ilə "Dostluq körpüsü" layihəsinin iştirakçıları Ermənistanla həmsərhəd olan Tovuza səfər ediblər. Layihə iştirakçıları Azərbaycan, Qazaxıstan, Tacikistan və kubalı tanınmış sənətçilərlə birlikdə Tovuzun tarixi yerləri, tarixi-mədəniyyət abidələri ilə yaxından tanış olublar. SİA-nın məlumatına görə, uzaq Kubadan gəlmiş tanınmış sənətçi Emilia Moralesə aşıq musiqisinin beşiklərindən biri olan Tovuz rayonu adından xüsusi hazırlanmış saz hədiyyə edilib. Hədiyyə rayonun icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva tərəfindən verilib. Bundan hədsiz məmnun olan Emilia Morales hədiyyəni bütün kubalıların görməsi üçün Azərbaycan adından Kuba Milli Mədəniyyət Muzeyinə hədiyyə verəcəyini deyib.
Azərbaycan musiqisinə heyran olduğunu deyən Emilia Morales bu dəyərli hədiyyə üçün təşəkkür edib.
Qeyd edək ki, "Dostluq körpüsü" layihəsi Əməkdar Artist Aybəniz Haşımovanın təşəbbüsü, "12 MAY" şirkətinin sponsorluğu, təşkilatçılığı və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB