"Regionalarda keçirdiyimiz görüşlərin 50%-də gənclərin əsas probleminin evsizlik olduğunu müşahidə etdik". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov belə deyib. O bildirib ki, nazirliyə bölgələrdə sosial ipotekanın təbliği ilə bağlı aparılacaq işlər barədə tapşırıqlar verilib: "Hazırda sosial ipotekanın təbliği ilə bağlı proqram hazırlayır, təbliğatın yeni modeli üzərində işləyirik".
Nazir bildirib ki, gənclərin əsas problemləri məşğulluq və daimi iş yerlərinin olmaması, mənzil problemi, asudə vaxtın təşkil olunması, ictimai işlərdən kənarda qalmaqdır: "Nazirliyimiz tərəfindən bütün bu probemlərin həlli istiqamətdə işlər aparılır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB