Görüş sentyabrın 21-də Nyu Yorkda baş tutacaq
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşəcək. İranın "Fars" xəbər agentliyinin məlumatına görə, görüş Nyu Yorkda baş tutacaq.
İki rəsmi simanın görüşü BMT-nin Baş Assambleyasının sessiyası zamanı olacaq. sessiya sentyabrın 21-də olacaq.
Məlumata görə, K.Eşton İranın Xarici İşlər Nazirliyinin nüvə müzakirələri barədə məsuliyyəti üzərinə götürdüyünü eşidəndən sonra Zəriflə əlaqə saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB