Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Nəzarət Təftiş Komissiyasının və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) sədri Aqşin Hüseyni, Türkiyə Cümhuriyyətinin Orxanqazi İcra Hakimiyyətinin dəstəyi, Orxanqazi Gənclər və İdman Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək "Sosial media həqiqət və yalan" adlı layihənin hazırlanmasında iştirak edib. SİA-ya verilən məlumata görə, 5-13 oktyabr tarixlərində Avropa İttifaqının Gənclər Layihəsi çərçivəsində həyata keçiriləcək "Sosial media: həqiqət və yalan" adlı layihədə Türkiyə, İspaniya, Rumıniya, Rusiya, Bosniya və Hersoqovina eyni zamanda Azərbaycandan olan 30 gənc iştirak edəcək.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara sosial medianın incəlikləri barəsində təlimlər keçiriləcək, sosial media mövzusunda konfrans təşkil olunacaq, iştirakçılar qısa metrajlı film çəkəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB