1-ci Uşaq Yaradıcılıq Festivalı keçirilib

1-ci Uşaq Yaradıcılıq Festivalı keçirilib

Bu gün Gənclər üçün Təhsil Mərkəzi "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə 1-ci Uşaq Yaradıcılıq Festivalı təşkil edib. Mərkəzdən SİA-ya verilən məlumata görə, "Metropark" Ticarət və Əyləncə Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan mərkəzin direktor müavini Fəxrəddin Həsənzadə uşaqların cəmiyyətdə və ailədəki rolunu qeyd edib. O, festival barədə geniş məlumat verib və bildirib ki, yaradıcı uşaqların üzə çıxarılmasında Festival ciddi əhəmiyyət kəsb edəcək.

Digər rəsmi qonaqlar da çıxış edib və Festival iştirakçılarına uğurlar arzulayıblar.

Daha sonra uşaqların hazırladığı musiqi və rəqs nömrələri, eyni zamanda onların hazırladıqları rəsm və əl işləri təqdim edilib.

Sonda festivalın münsiflər heyəti 10 nəfər ən yaxşı yaradıcı uşağın təqdim etdiyi işi qiymətləndiriblər. Ümumilikdə Festivala 81 iş təqdim olunub. Yüksək qiymətləndirilən işlərə diplom və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə