Akif Əlizadə: “AMEA Rəyasət Heyətinin ştat sayı şişirdilib"

Akif Əlizadə: “AMEA Rəyasət Heyətinin ştat sayı şişirdilib"

"AMEA Rəyasət Heyətinin fəaliyyətinin hətta səthi təhlili göstərir ki, vəziyyət heç də lazımi səviyyədə deyil. Bir tərəfədən RH-nin ştat sayı şişirdilib, ayrı-ayrı struktur bölmələrinin funksiya və vəzifələri kifayət qədər aydın ifadə edilməyib". SİA-nın xəbərinə görə, AMEA-nın yeni prezidenti Akif Əlizadə Akademiyanın gələcək prioritetlərini açıqlayan zaman deyib.

A. Əlizadə deyib ki, AMEA bölmələrinin fəaliyyəti çox zaman formal xarakter daşıyıb: "Elmin akademik sektorunda köklü islahatların aparılması istiqamətində faktiki olaraq ciddi təkliflər irəli sürülməyib. Məlum olmayan səbəblərdən AMEA-da funksional şöbələr - analitik şöbə, proqnozlaşdırma şöbəsi, Dövlət Proqramları və İnnovasiyalar şöbəsi yaradılmayıb. Analiz göstərir ki, AMEA İnstiturtlarının işinin təkmilləşməsinə böyük ehtiyac var. AMEA-da yeni zamanın standartlarına cavab verməyən, köhnə üsullla işləyən şöbə və laboratoriyalar fəaliyyət göstərir".

A. Əlizadə deyib ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir: "AMEA-nın son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulur. Sən demə, Kibernetika İnstitutunda elmi tədqiqatların keyfiyyətini müəyyənləşdirmək üçün yeni sistem yaradılıb. Bu sistemdən istifadə edilməlidir. Hər bir akademik-institututun reytinqi və onun dünya instituları arasında yeri aydınlaşdırılacaq. AMEA-nın maliyyələşdirilməsinin yeni mexanizminin hazırlanması çox vacibdir. AMEA-nın maliyyələşdirilməsinin yeni proqramında bunların hamısı nəzərədə tutulacaq. AMEA 2020-ci ilin perspektivi baxımından fundamental tədqiqatlarını müəyyənləşdirməlidir. Təəssüf ki, indi AMEA-nın cəmi 50 prioriteti var. Enerji təhlükəsizliyi, İKT sahəsində elmi tədqqiqatlar, biotibb, insan sağlamlığı sahəsində, ölkənin milli təhlükəsizliyinə, müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına yönəlik tədqiqatlar, humanitar, tarix, dilçilik sahəsində elmi tədqiqatlar əsas prioritet olmalıdır".

Onun sözlərinə görə, Azərbaycanda elmin maliyyələşdirilməsi hələ də qalıq prinsipi ilə həyata keçirilir: "Ötən əsrin 80-90-cı illərində ümumdaxili məhsulun 0,3-0,5 faizi elmə ayrılırdısa, 95-ci ildən başlayaraq bu vəsait 0,2 faizə enib. Bu mövcud olan elmi potensialı qorumaq üçün də kifayət deyil. Ayrılan vəsaitlər milli maraqlara cavab verən istiqamətlərə yönəldilməlidir. Maliyyələşdirmə ayrılarkən institutların apardığı işlər, dərc olunan nəşrlərin sayı, beynəlxalq jurnallarda iştirak nəzərə alınmalıdır. AMEA institutlarının əksəriyyətində sınaq təcrübə bazası yoxdur. Olan bazalar isə standartlara cavab vermir. Nəticədə innovasiya siklində qırılma baş verir. Vəziyyətdən çıxış yolunu elmi tədqiqat işlərinin bir hissəsini kommersiyaya yönəltməkdə görürük. AMEA-nın tənəzzül vəziitdən çıxıb stabil inkişafa yönəlməsini təmin etmək üçün müasir yanaşmalara əsas götürülməlidir. Azərbaycan elmi üçün bu gün tənəzzül dövrüü başa çatıb. Elmə ayrılan vəsaitləri ümummilli məhsulun 1-1,2 faizinə qədər çatdırmaq lazımdır".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə