Samuxda YAP Qadınlar Şurasının yeni sədri seçilib FOTO

Samuxda YAP Qadınlar Şurasının yeni sədri seçilib FOTO

Yeni Azərbaycan Partiyasının Samux (YAP) rayon təşkilatının Qadınlar Şurasının müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə partiyanın inkişafı istiqamətində qadınların fəaliyyəti geniş təhlil edilib. Hakim partiyanın Qadınlar Şurasının sədri Kəmalə Xəlilova hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2400-dən artıq qadını birləşdirən YAP Samux rayon Təşkilatında zərif cinsin nümayəndələrinə olduqca böyük etimad göstərilir. Qadınlar rayonun ictimai, siyasi və mədəni həyatında xüsusi fəallığı ilə seçilir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan partiyanın dövlətçiliyimizin inkişafı istiqamətində həyata keçirilən siyasi kurs bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Qeyd edək ki, müşavirənin sonunda partiyanın qadınlar şurasının sədri seçilib. Səsvermə ilə Kəmalə Xəlilova yenidən partiyanın Qadınlar Şurasının sədri vəzifəsinə təyin olunub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə