Son günlər bir sıra kütləvi informasiya vasitələrində ölkəmizin ayrı-ayrı bölgələrində guya etiraz aksiyalarının keçirilməsi haqda həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilir. Halbuki verilən məlumatın axırına gedib çıxanda məlum olur ki, bu, kimlərinsə fantaziyası, uydurmasıdır. Belə xəbərlərdən biri də Zaqatala rayonu haqqındadır. SİA-nın verdiyi məlumata görə, Zaqatalada zəlzələ nəticəsində evlərinə ziyan dəymiş sakinlərə kompensasiyaların verilməməsi ilə əlaqədar kütləvi şəkildə narazılıqların və aksiyaların keçirilməsi ilə bağlı əsassız materiallar dərc edilib.
Rayon İcra hakimiyyətindən verilən xəbərdə bildirilir ki, 26 yanvar 2013-cü il tarixdən başlayaraq rayon ərazisində zəlzələ nəticəsində evlərinə ziyan dəymiş vətəndaşlara kompensasiyaların verilməsinə başlanılıb. Ümumiyyətlə, rayon ərazisində əhaliyə kompensasiyaların verilməsi prosesi bir neçə mərhələdə həyata kecirilməsi nəzərdə tutulur. Artıq 30 yanvar 2013-cü il tarixədək 1304 ailəyə kompensasiyalar ödənilib və bu proses davam etdirilir.
Hal-hazırda FHN-nin rayonda fəaliyyət göstərən müvafiq komissiyaları tərəfindən vətəndaşların müraciətləri əsasında rayonun 5 yaşayış məntəqəsində evlərə təkrar baxışlar keçirilir və bu proses davam etdiriləcəkdir.
Bir daha bildiririk ki, rayonda ictimai-siyasi vəziyyət normaldır, hec bir aksiya və ya piket keçirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB