Azərbaycan həqiqətləri İtaliyada

Azərbaycan həqiqətləri İtaliyada

30 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi və "Caucasus International" jurnalının baş redaktoru Zaur Şiriyev Beynəlxalq Münasibətlər İnstitutu (IAI) tərəfindən təşkil edilən "Çoxqütblü dünyada Azərbaycan: Şanslar və Çağırışlar" mövzulu konfransda iştirak və çıxış etmək üçün Roma (İtaliya) şəhərinə səfər edəcək.

SAM-dan SİA-ya verilən məlumata görə, "Azərbaycanda keçid dövrü: təhlükəsizlik, demokratiya və inkişaf", "Azərbaycan və regional təhlükəsizlik" və "Çoxqütblü dünyada Azərbaycan" mövzulu panellərın yer aldığı "Çoxqütblü dünyada Azərbaycan: Şanslar və Çağırışlar" konfransının açılış nitqini Romanın Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Stefano Silvestri edəcək.

Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü, Millət vəkili Sevinc Fətəliyeva və NATO-nun Azərbaycandakı beynəlxalq məktəbinin icraçı direktoru Hüseyn Pənahov təmsil edəcək.

Qeyd edək ki, konfransda Azərbaycanın xarici, təhlükəsizlik siyasət məsələləri Beynəlxalq Böhran Qrupundan Sabina Freyzer, ABŞ-ın Karnegi Fondundan Tomas de Vaal, Heriteyc Fondundan Ariel Kohen və digər ekspertlərin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə