Bu gün "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunun növbəti plenar iclası keçirilir. SİA-nın verdiyi xəbərə görə, iclasda "Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli" mövzusunda fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gündüz İsmayılov bildirib ki, bu kimi tədbirlərin keçirilməsinin başlıca məqsədi Azərbaycanın tolerantlığı dövlət-din münasibətlərinin bir model kimi təqdim edilməsindən ibarətdir.
Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov isə deyib ki, SAM bir neçə ildir ki, Azərbaycan-İslam və buna yaxın mövzularda müxtəlif araşdırmalar aparıb. Qeyd olunub ki, biz əsasən tarixə ekskursiya etməliyik. Çünki hər bir dövlətin formalaşmasında tarixi köklər mühüm rol oynayır.
XX əsrin 60-70-ci illərində Azərbaycanda yeni nəsil formalaşıb ki, onlar Rusiya və Avropa ölkələrindən təhsil alanlardır.
Tədbirdə həmçinin millət vəkili Rəbiyyət Aslanova, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov və digər rəsmi nümayəndələrinin çıxışı gözlənilir.
Qeyd edək ki, tədbirin sonunda "Bakı platforması" adlı bəyanamə imzalanacaq.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB