Qubanın dağlıq ərazilərində yerəşən bəzi kəndlərdə məktəblərin bağlanılması nəzərdə tutulub, bəzi məktəblər isə tamamilə bağlanıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, bu problemin yaşandığı kəndlərdən başqa rayon mərkəzindən 30 km aralıda yerləşən Buduq kəndidir ki, burada da 9 illik orta məktəb bağlanaraq 4 illik ibtidai təhsilə keçib.
Sakinlərin sözlərinə görə, kənddə ümumi 38 uşaq var, bundan əlavə qonşu kəndlərdə də təhsil ala bilməyən uşaqlar çoxdur.
Rayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov dağlıq ərazilərdə ümumilikdə 35-dən çox məktəbin olduğunu və bunlardan 6 məktəbin tamamilə bağlandığını, 9 məktəbin isə bağlanması nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bunun səbəbi şagird çatışmamazlıgı və əksər kəndlərdə yaşayan əhalinin tərəkəmə həyat tərzi keçirməsi ilə əlaqədardır, O, bundan əlavə rayonun ucqar kəndlərində bir neçə yeni məktəb binası tikilib istifadəyə verilsə də, şagird çatışmamazlığı olduğunu bildirib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB