Azərbaycan ordusunun mövqelərini tez-tez atəşə tutan Ermənistan ordusu, qoşunların təmas xəttinə yaxın yerləşən kəndlərimizi də atəş altında saxlayır. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamın Mirəşəlli, Əhmədağalı və Çıraqlı kəndləri son bir neçə gündə düşmən ordusu tərəfindən mütəmadi atəşə məruz qalır.
Günün bütün saatlarında xüsusi ilə axşamlar daha çox atəşə tutulan kəndlərdə ən çox ziyan fərdi yaşayış evlərinə dəyir. Müxtəlif silahlardan açılan mərmi evlərin damını dəlmə-deşik edib. Kəndlərə istinad divarları çəkildiyindən sakinlərin həyatı üçün bir o qədərdə təhlükə yoxdur.
Cəbhə kəndlərində isə əsas çətinlik sakinlərin təsərrüfat sahələrinə çıxa bilməməsidir. Əkin sahələrində erməni hərbçiləri tərəfindən atəşə məruz qalan kəndlilər mal-qaraların da otlaq sahələrinə apara bilmirlər. Kəndlilər vəziyyətdən çıxış yolu kimi mal-qarasını pay torpaqlarının düşmən tərəfdən görünməyən hissəsində otarırlar.
Atəşkəsin pozulmasını adi bir hall kimi qəbul edən cəbhə kənd sakinləri bütün hallarda Azərbaycan əsgərinə güvənir. Cəbhədə düşmənin gözünü açmağa belə imkan verməyən Azərbaycan əsgəri hər zaman öz sözünü deyir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB