"Regionlarda internetin sürətinin zəif olması və ya arada kəsilmələrin olması tamamilə texniki problemdir". SİA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı xidmət sahəsində heç bir problem yoxdur: "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Dövlət Neft Fondu ilə birgə fiber optik şəbəkənin genişləndirilməsi üçün layihələr hazırlayır. Reallaşdırılması gələn il üçün nəzərdə tutulan bu layihələr vasitəsilə də bölgələrdə geniş zolaqlı xidmətlər təşkil olunacaq", -deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB