Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb

Milli Elmlər Akademiyasının həqiqi üzvü, Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov bir neçə saat əvvəl son mənzilə yola salınıb. Milli Elmlər Akademiyasında keçirilən mərhumla vida mərasimində görkəmli elm xadiminin ailə üzvləri, dövlət və hökumət nümayəndələri iştirak edib. Mərasimdə elm xadimi ilə birgə çalışan akademiya üzvləri onun xatirəsinə nitq söyləyiblər.

Mərasimdə iştirak edən millət vəkilləri mərhum alimin xatirəsini yad ediblər.

Vida mərasimindən sonra mərhum II Fəxri Xiyabanda dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə