15-16 noyabr tarixində Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransı keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. Konfransa texniki dəstək IEEE, Elsevier, Springer, Thomson Reuters tərəfindən həyata keçirilir.
Konfransın tematik istiqamətləri:
• E-elmin elmi-nəzəri problemləri
• E-elmin şəbəkə infrastrukturu
• Elmmetriya, bibliometriya, vebometriya
• E-elm və sosial şəbəkələr
• E-elmin texnoloji problemləri
• Paylanmış hesablama sistemləri və buludları
• E-elmin informasiya təhlükəsizliyi
Tezislərin formatına olan tələblər:
• Tezislər MS Word 2003-2010 formatında hazırlanmalıdır
• Tezislər A5 formatında 2 səhifə həcmində olmalıdır, səhifələr nömrələnmir
• Şrift – Times New Roman
• Şriftin ölçüsü – 12 pt
• Sətirlərarası məsafə – 1
• Səhifənin parametrləri: sol – 2 sm, yuxarı, aşağı və sağ - 1,5 sm.
Tezislərin qəbulu üçün son tarix noyabrın 5-dir. Konfransın keçirilmə yeri AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB