FIFA U-17 qadınlararası dünya çempionatı ilə bağlı ölkəmizə səfər edən əcnəbi jurnalistlər "İRƏLİ" Gənclik Mərkəzinin qonağı olub. Qurumdan SİA-ya verilən məlumata görə, görüşdə "İRƏLİ" İctimai Birliyinin İdarə Heyəti və NTK üzvləri iştirak ediblər. İlk olaraq qonaqlar "İRƏLİ" Radio, "İRƏLİ" Prodakşn, Kitabxana, Təlim və Layihələr mərkəzi ilə yaxından tanış olublar.
Daha sonra qonaqlara Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı təqdimat keçirilib. Görüşdə qeyd edilib ki, Azərbaycan incəsənəti rəngarəng, dolğun, qədim və zəngindir. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər özünəməxsus yer tutur. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr edir.
Həmçinin görüşdə təşkilatın strukturu, fəaliyyət istiqamətləri və layihələri barədə geniş məlumatı özündə əks etdirən təqdimat göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB