Bu gün 30 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinini əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Oktyabrın 3-də respublika ərazisində nisbətən sabit və mülayim hava şəraiti davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə