Bakı Dövlət Univeristetinin yataqxana kompleksinin layihələndirilməsi işləri artıq başa çatıb. SİA-nın xəbərinə görə, bu barədə BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev məlumat verib. O bildirib ki, yeni layihəyə əsasən, universitetin 1960-cı illərdə tikilmiş 5 mərtəbəli 9 yataqxanası söküləcək: "Onların yerində daha müasir, 16 mərtəbəli otel tipli yataqxanalar tikiləcək. Həmin yataqxanalarda 10 minə yaxın tələbə yaşaya biləcək. Yeni yataqxanaların binası hazırkı yataqxana otaqları ilə müqayisədə daha geniş olacaq. Yeni yataqxanaların bir hissəsinin gələn ilin sentyabrındak istifadəyə verilməsi nəzərdə tutulur".
F.Şiriyev qeyd edib ki, bir ay ərzində Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Onun sözlərinə görə, yataqxanalarda məskunlaşmış 2972 köçkün ailəsi Abşeron rayonunda salınmış köçkün şəhərciyinə köçürüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB