TGT sədrləri üçün liderlik məktəbi

TGT sədrləri üçün liderlik məktəbi

"TGT sədrləri üçün liderlik məktəbi"nin açılış mərasimi oldu

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə Nabran qəsəbəsi, "Xəzər" istirahət kompleksində ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri üçün cari ilin 6-12 sentyabr tarixlərində reallaşdırdığı "TGT sədrləri üçün liderlik məktəbi" layihəsi davam edir.

ATGTİ-dan SİA-ya verilən məlumata görə, ötən gün Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Yetkin Mehmanovun, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Qalib Səfərəliyevin, AzGF-ın aparat rəhbəri Faiq Qürbətovun və ATGTİ-nin sədri Şahin İsmayilovun iştirakı ilə "TGT sədrləri üçün liderlik məktəbi" layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən İttifaqın sədri Şahin İsmayilov bu cür layihələrin gənclərin inkişafı və şəbəkələşməsi üçün əhəmiyyətindən danışaraq, Azərbaycanın regionlarından TGT sədrlərinin layihədə iştirakını xüsusi vurğulandı. Daha sonra çıxış edən Y.Mehmanov gənclərə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin salamlarını çatdırıb və bu gün onları Nabranda görməkdən məmnun olduğunu bildirib. "Mən əminəm ki, bu gün burada toplaşmış prespektivli gənclər gələcəkdə bir çox böyük layihələrin təşəbbüskarları və rəhbərləri olacaqlar"- deyə, Y.Mehmanov nitqini tamamladı. Öz növbəsində AzGF-ın aparat rəhbəri F.Qürbətov layihənin dolğun proqramı haqda danışaraq, "Liderlik məktəbi"nin işinə uğurlar arzuladı.

Açılış mərasiminin sonunda "TGT sədrləri üçün liderlik məktəbi"nin ümumi proqramı təqdim edildi və iştirakçılarla xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə