Macarıstan rəsmiləri ilə görüş

Macarıstan rəsmiləri ilə görüş

"İRƏLİ"nin nümayəndələri Macarıstanın baş nazirinin müavini, Administrasiya və Ədalət Naziri ilə görüşüblər

3-7 sentyabr tarixlərində Polşanın Milli Agentliyinin, Təhsil Sisteminin İnkişaf Fondunun və "Gənclər Fəaliyyətdə" beynəlxalq proqramının birgə təşkilatçılığı ilə Polşanın Novı-Sonç şəhərində "Gənc Liderlərin 7-ci İqtisadi Forumu" keçirilir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, 4 sentyabr tarixində Gənc Liderlərin İqtisadi Forumunda Azərbaycanı təmsil edən "İRƏLİ" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova və "İRƏLİ" İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev forumda qonaq qismində iştirak edən Macarıstanın baş nazirinin müavini, Administrasiya və Ədalət Naziri Tibor Navracsics ilə görüşüblər. Söhbət əsnasında Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsinə toxunan təmsilçilərimiz cənab nazirə və onun simasında bütün Macarıstan dövlətinə Azərbaycan gəncləri adından təşəkkür ediblər. Tibor Navracsics öz növbəsində Azərbaycan və Macarıstan arasında olan dostluq münasibətlərini yüksək qiymətləndirib və gənclərin bu məsələlərə olan marağını alqışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə