01-22 sentyabr 2012-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində İngiltərə, Almanya, Moldova, Rumınya, Türkiyə, İspaniya və olmaqla Azərbaycan "Avropalıyıqmı?!-Kimlik, İnteqrasiya, Müstəsnalıq" adlı beynəlxalq tədbirə ev sahibliyi etmək üçün layihəyə qatılıb.Təşkilatdan SİA-ya verilən məlumata görə, proqram çərçivəsində AGAT Almaniya, Rumıniya və Türkiyədə ölkəmizi təmsil edir. Eyni zamanda 6 ölkədən 45 nəfər nümayəndəni 16-22 sentyabr tarixində Azərbaycanda qarşılayacaq, ev sahibliyi edəcək. AGAT-ın bu layihəyə cəlb olunmasında məqsəd ölkəmizin 1 milyon qaçqınının problem və yaranma səbəblərini avropalı gənclərə çatdırmaqdır. Ümumilikdə 21 gün ərzində 4 ölkədə seçilmiş spesifik mövzu barədə diskussiyalar təşkil etməklə bərabər, müxtəlif media fəaliyyətlər (video sərgi, çarx, bloq və jurnal) layihə iştirakçıları arasında keçiriləcək.
Hazırda layihənin Almaniya hissəsinin icrası başlanılıb. 7 sentyabra qədər olan müddətdə Almaniya hökumət nümayəndələri, tanınmış Almaniya universitetlərinin müəllimləri və Avropa Parlamentinin deputatları ilə görüşlərin keçirilməsi planlaşdırılır. Həmin görüşlərdə Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramı, Avropa dəyərləri, evro-skeptizim, nasionalizm və Avropa kimliyi barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan qrupunun rəhbəri AGAT-nın sədri Gülsel Səfərovadır. Eyni zamanda G.Səfərova layihə çərçivəsində olan bir neçə media fəallarına rəhbərlik edəcək.
Məlumat üçün bildirək ki, beynəlxalq layihə Azərbaycan Gənclər Fondu və Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB