Prezident Olimpiya çempionlarını təbrik edib

Dövlət başçısı idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb
Prezident Olimpiya çempionlarını təbrik edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 11-də XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibəti ilə sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov, məşqçilər Saypulla Absaidov və Firdovsi Umudovu təbrik edib. Bu məlumat Prezidentin mətbuat xidmətindən verilib.

Dövlət başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirib, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə