DSMF sədri Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çeliklə görüşüb
Fondun sədri "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin 1998-ci ildə imzalandığını xatırladıb. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan həmin Sazişə uyğun olaraq Türkiyə və Azərbaycan dövlətlərinin vətəndaşlarının həmin ölkələrin ərazisində göstərdikləri əmək fəaliyyəti dövründə qazanmış olduqları əmək pensiyası hüquqları qarşılıqlı olaraq tanınır və pensiya təyinatında nəzərə alınır. S.Müslümov nəzərə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında qardaş
ölkənin vətəndaşları digər ölkələrlə müqayisədə çoxdur. Ümumilikdə Fondun fərdi uçot sistemində 92 ölkənin vətəndaşları qeydiyyatdadır və onların 58,2 faizi Тürkiyə vətəndaşlarıdır.
Öz növbəsində F.Çelik dost və qardaş Azərbaycanda səfərdə olmağından məmnunluğunu bildirib. O, iki ölkə arasında sosial sığorta və pensiya təminatı sahəsində qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. Türkiyəli nazir Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatları, əldə olunun nəaliyyətləri yüksək dəyərləndirdiyini bildirib.
Görüşdə ötən dövr ərzində iki ölkənin sığorta-pensiya sistemlərində baş verən dəyişikliklər nəzərdən keçirilib və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin bəzi müddəalarına yenidən baxılması istiqamətində müzakirələr aparılıb. Türkiyənin nümayəndə heyəti Fondda yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri, Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla da yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB