Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən 18 iyun – Azərbaycanda İnsan Hüquqları gününə həsr olunmuş "Erkən nikahlar və onların fəsadları" mövzusunda 3 günlük seminarın birinci mərhələsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə sosiologiya elmləri üzrə fəlsəfə doktoru, "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı "Erkən nikahlar və onların fəsadları" barəsində çıxış edərək bu barədə statistika, onların səbəbləri və motivləri, cəmiyyətin bu sahəyə münasibəti, nikahın fəsadları və qarşısının alınması yolları haqqında danışıb.
Qeyd edək ki, Əbülfəz Süleymanlı qızlar üçün təqaüdlü təhsil proqramları, orta və ali təhsilin təbliğindən danışaraq bildirib ki "təhsil erkən nikahların qarşısının alınması istiqamətində ən effektiv üsullarından biridir. Xüsusilə, təhsil almağın qızlar arasında təbliği lazımdır və yeniyetmə qızların dünyagörüşünün formalaşması üçün təhsil əsas elementlərdən biridir. Universitetdə və orta məktəblərdə ali və orta təhsil alan tələbə və şagirdlər üçün dövlətin maliyyələşdirdiyi təqaüdlü təhsil proqramları yaradılıb. Bu təqaüdlərin əhəmiyyəti iki istiqamətdə ola bilər. Birincisi, qızların təhsil almaları onlara başa salınar, ikincisi, maddi imkanları olmayan və buna görə, məktəbi atan yoxsul ailələrin uşaqlarına maliyyə cəhətdən yardım olunar".
"Üfüq" Gənclər İctimai Birliyinin sədri isə bildirib ki, tədbirin bu formatda keçirilməsi gənc nəsil üçün olduqca əhəmiyyətli və problemin həlli üsullarının tapılması istiqamətində uğurludur.
Qeyd edək ki, tədbirdə Gənclər və İdman Nazirliyinin rayon şöbələrinin nümayəndələri fəal iştirak edərək tələb və təkliflərini irəli sürüblər.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB