Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yeni fond yaradılacaq. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən nazirliyin aparat rəbəri Elnur Kələntərov deyib ki, yeni yaradılacaq fondun əsas məqsədi işləmək istəyən və buna imkanı olan əmək qabiliyyətli vətəndaşların sosial müdafiəsini məşğulluqla təmin etməkdir. Hazırda fondun yaradılması istiqamətində işlərin getdiyini deyən E.Kələntərovun sözlərinə görə, bunun vasitəsilə insanları daha çox aktiv fəaliyyətə cəlb etmək mümkün olacaq. O vurğulayıb ki, ümumilikdə görülən işlərin məqsədi əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin daha da artmasına xidmət etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB