CAR-ın ən böyük teleradio şirkəti Azərbaycan mediası ilə maraqlanıb

CAR-ın ən böyük teleradio şirkəti Azərbaycan mediası ilə maraqlanıb

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov özündə 3 televiziya və bir çox radio kanallarını birləşdirən, dövlətə məxsus "South African Broadcasting Corporation Limited (SABC)"in (Cənubi Afrika Yayım Cəmiyyəti) baş direktoru xanım Mmabato Ramaqoşi ilə görüş keçirib. Azərbaycanın CAR-dakı səfirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı xanım M.Ramaqoşi səfirliyimizin SABC-yə göstərdiyi maraqdan məmnun olduğunu və Azərbaycan haqda geniş məlumat toplamaq istədiyini bildirib. Azərbaycan KİV-ləri ilə əməkdaşlığın mümkünlüyünü qeyd edən M.Ramaqoşi səfirliyin köməyi olduğu təqdirdə bunun qısa bir zaman ərzində baş tuta biləcəyini qeyd edib.


Səfir Elxan Poluxov isə qəbula görə öz təşəkkürünü bildirib və medianın böyük rolunu anladığını qeyd edib. Daha sonra səfir E.Poluxov həmsöhbətinə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəni, iqtisadi və siyası durumu haqda ümumi məlumat verib.

Görüş zamanı tərəflər Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə SABC arasında işgüzar əlaqələri qurulması məsələsi ətrafında fikri mübadiləsi aparıb və hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsinə qərarlaşıb.

Qeyd edək ki, SABC CAR-ın ən böyük və yeganə bütün ölkəni əhatə edən televiziya və radio yayım şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə