Hər gün dünyada orta hesabla 24 min beş yaşına çatmayan uşaq qarşısı alınması mümkün olan xəstəliklərdən tələf olur. İldə təxminən 0,5-1,5 milyard uşaq müxtəlif zorakılığa məruz qalır. 150 milyon 5-14 yaşlı uşaqlar uşaq əməyinə cəlb olunur, 100 milyon ibtidai təhsil yaşlı uşaq təhsildən kənarda qalır. Qızların erkən nigaha girməsi onların sağlamlığına ciddi zərər vurur. Bu gün Azərbaycan əhalisinin 29%-ni uşaqlar təşkil edir. Təbii ki, il ərzində Azərbaycanda da uşaqların zorakılığa məruz qalma faktları olur. Amma Azərbaycanda uşaqların hüquq-mühafizə orqanlarına müraciət etmək imkanları geniş deyil. Həm də müraciət edənlər çox olmur. Buna görə də statistik məlumatlar 100-150 rəqəmləri arasında dövr edir. Amma bizim araşdırmamız göstərir ki, uşaqların yüzdə 40-45 faizi müxtəlif növ zorakılığa məruz qalır.
Bu sahənin mütəxəssisləri isə mövcud problemləri müxtəlif səbəblərlə izah edir. Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova deyir ki, uşaqların zorakılğa məruz qalması, ailələrdə şiddətin əmələ gəlməsinin əsas səbəbi ailələrin başında duran insanların bir-birinə qarşı olan münasibətində dəyişiklərin və çatların əmələ gəlməsidir. Onun fikrincə, heç bir halda mümkün deyil ki, alt sistemdə hansısa problem olduğu halda, ümumi sistemdə problem olmasın. Bu gün bütün dünya alimləri bizim klassik olaraq yaşadığımız ailə sistemi haqqında danışırlar.
"Bu gün bütün dünya alimləri bizim klassik olaraq yaşadığımız ailə sistemi haqqında danışırlar, dünyaya bunu yeni kəşf kimi təqdim etmək istəyirlər. Əslində biz hamımız çox sağlam və klassik normal ailələrdə tərbiyə almış insanlarıq. Ən vacib şərt budur ki, bunu övladlarımızı daşıya bilək. Burada ən böyük məsuliyyət ata və anaların deyil, nənə və babaların üzərinə düşür. Klassik ailə heç vaxt ana, ata və uşaqdan ibarət olmur. Klassik ailə nənə, baba, ana, ata və uşaqdan ibarət olur. Bu sistemi dağıtmaq olmaz. Əgər buna Avropa qayıdırsa, bunun üzərində düşünməliyik", - deyə millət vəkili əlavə edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bir sıra valideynlərin uşaqlara qarşı zorakılıq halları həyata keçirməsi, hətta valideyn tərəfindən öldürülməsi faktlarına rast gəlindiyini deyib. O bildirib ki, bunun əsas səbəbləri psixi durumla əlaqədardır. Onun sözlərinə görə, son illər ailələrin cəmiyyətdən təcrid olunması, qaynana və qaynatadan kənarda yaşaması bu kimi hallarla nəticələnir: "Vaxtilə ailələrdə qaynana, qaynaata qayınarvadı, qonşular vardı ki, onlar müəyyən qədər müdaxilə edirdilər.İindi onlar təcrid olunur, heç kim ailənin işinə qarışmır. Gəlinin psixi durumunu heç kim bilmir. Bu halların hər biri bizi düşündürməlidir. Məişət zorakılığı haqqında qanun var. Lakin onlara qarşı cəzanı sərtləşdirmək çıxış yolu deyil. Təbliğat, sağlamlığın qorunması ilə bağlı işlər görmək, ailəyə müdaxilə emtək çıxış yollarıdır".
Millət vəkili Elmira Axundova Azərbaycan cəmiyyətində qanunların mütərəqqi və mükəmməl olduğunu desə də onların icrasında müəyyən problemlərin olduğunu deyib. Elmir Axundova bu mısələ ilə bağlı beynəlxalq təşkilatları da sərt tənqid edib: "Bizim ölkəmizin uşaqları 90-ci illərin əvvəllərindən erməni faşistlərinin tapdağı altında olublar. Yüzlərlə, minlərlə uşağımız, məktəblimiz, şagirdimiz erməni təcavüzkarlarının, faşistlərinin qurbanı olublar, əsir və girov götürülüblər, qətlə yetiriliblər.Beynəxlalq təşkilatlar buna qarşı öz etiraz səslərini qaldırmalıdır. Bizdə əsas problem odur ki, uşaqlarımızı bu gün də çətin psixoloji durumdadır.20 ildən artıqdır ki, müharibə gedir və bunun nəticəsində minlərlə uşağımız, şagirdimiz öz torpağında yaşamaq, doğma yurd yerlərində təhsil almaq hüququndan məhrum olublar Azərbaycanda uşaq hüquqları, uşaqlara qarşı zorakılıq halları ilə bağlı bir o qədər də ciddi narahatçılıq doğuran problemlər yoxdur.Başqa problemlər var ki, minlərlə insan, o cümlədən uşaqlar erməni qəsbkarlarının təcavüzü nəticəsində pis, ağır vəziyyətdirlər. Bundan danışmaq lazımdır".
Qeyd edək ki, Daxili iŞlər Nazirliyinin bu günlərdə açıqladığı rəqəmlərə görə, 2011-ci il ərzində Bakı şəhərində uşaqlara qarşı zorakılıqla bağlı 184 cinayət hadisəsi qeydə alınıb: "Onlardan 44 fakt döymə, 21 fakt 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər, 34 fakt yol nəqliyyat hadisəsi, 14 fakt xuliqanlıq, 10 fakt qəsdən sağlamlığa zərər vurma və sair cinayətlərdir. 2012-ci ilin ilk üç ayı ərzində isə uşaqlara qarşı zorakılıqla bağlı bu göstərici 33 olub.
Hər halda uşaqların zorakılığa məruz qalması, cəmiyyətdən təcrid olunması və digər məsələlər cəmiyyəti ciddi düşündürməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB