İtaliyada “Gələcəyə Yeni Baxış: İnkişaf-Resurslar-Əməkdaşlıq” adlı forum keçiriləcək
17 Mart 2012-ci il tarixində "İRƏLİ" İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Cavid Osmanlının başçılığı ilə 4 nəfərdən ibarət nümayəndə heyəti BMT-nin Roma Modeli üzrə "Gələcəyə Yeni Baxış: İnkişaf-Resurslar-Əməkdaşlıq" adlı forumda iştirak üçün İtaliyanın Roma şəhərinə yola düşüblər.
"İRƏLİ" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, hər il Romada keçirilən BMT-nin Roma Modeli gənclərin beynəlxalq simulyasiya oyunlarıdır. Bu forumda dünyanın müxtəlif ölkələrindən olan 1000-ə yaxın gənc bir araya gələrək iqtisadiyyat, beynəlxalq əlaqələr və diplomatiya sahəsində müxtəlif simulyasiya oyunlarında iştirak edirlər.
Qeyd edək ki, forumun təşkilatçılarından olan İtaliyanın ən böyük gənclər təşkilatlarında biri "Giovani Nel Mondo" ilə "İRƏLİ" İctimai Birliyi arasında əldə olunan razılaşmaya əsasən "İRƏLİ" bu tədbirdə 4 gənclə (Cavid Osmanli, Toğrul Yaqublu, Nəzrin Nemətzadə, Rüfət Hüseynzadə) təmsil olunacaq.
Qeyd edək ki, forum 19-23 mart 2012-ci il tarixləri arasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB