Millət vəkili: “Mixail Saakaşvilinin Dağlıq Qarabağ məsələsinə toxunmaması Gürcüstan təmsilçilərinin bir xəstəliyidir” - MÖVQE
Azərbaycan Milli Məclisində Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə toxunmaması Gürcüstan təmsilçilərinin bir xəstəliyidir. Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Parlamentin üzvü hesab edir ki, Azərbaycan da Abxaziya, Osetiya probleminə münasibətdə eyni mövqeni sərgiləməlidir: "Çünki onlar bununla başa düşməlidirlər ki, Azərbaycanın həssas məsələsində onlar bu cür davranmamalıdırlar".
F.Mustafa Gürcüstan prezidentinin Azərbaycan və digər beynəlxalq tribunlardan Rusiyaya qarşı sərt ismarıc göndərməsini belə xarakterizə etdi: "Rusiya dövlətinə bizlərin də iradları var. Belə ki, torpaqlarımızın işğal edilməsində Rusiyanın da rolu olub. O, bununla bir növ bizim də ürəyimizdən keçəni Rusiyanın diqqətinə çatdırdı. Bu məsuliyyət, cavabdehlik onun özünə aid olan bir məsələdir. Hesab edirəm ki, bununla biz də faydalanmış olduq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB