Yusif Babanlı: “Gənclər prezidentin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi yaxından iştirak edəcəklər” - MÜNASİBƏT

Yusif Babanlı: “Gənclər prezidentin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi yaxından iştirak edəcəklər” - MÜNASİBƏT

Bu gün keçirilən tədbir, müşavirə bizim gənclərimizin bir yerə yığılması, onların fikirlərinin öyrənilməsi, əsasən bu gün gənclərimizin təhsilə daha da üstünlük verməsi, fikirlərinin açıq şəkildə bildirməsi, bir sözlə, gənclərin qarşısında duran problemləri öyrənilməsi üçün vacib toplantıdır. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı deyib.

O bildirib ki, bu tədbir həmçinin, problemlərin həll olunması, gənclərin daha da dərin fikirlərinin öyrənilməsi, onların bir-biri ilə ünsiyyət saxlamasına imkan yaradacaq. Onun sözlərinə görə, bu tədbirdə rəhbərlik tərəfindən fikirlərin öyrənilməsi, bir-birlərinə qarşılıqlı münasibətlərin olması, dövlətin, prezidentin siyasətini dəstəkləməsi, onun ətrafında sıx birləşmələrini bildirmələri üçün gənclərə əlavə imkanlar açır.

"Gənclər bundan sonra da qarşıdakı bütün tədbir və toplantılarda, Azərbaycan Respublikasında keçirilən bütün dövlət əhəmiyyətli məsələlərdə cənab prezidentimizin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi yaxından iştirak edəcəklər", - Y.Babanlı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə